Sağlam cəmiyyət üçün maarifləndirici nəşrlər hazırlanır

zərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən “Sağlam cəmiyyət üçün maarifləndirici nəşrlərin hazırlanması və təlimlərin keçirilməsi” çərçivəsində may və iyun ayları ərzində gənclər üçün maarifləndirmə təbliğat xarakterli tədbirlər keçirilib.

Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən "Sağlam cəmiyyət üçün maarifləndirici nəşrlərin hazırlanması və təlimlərin keçirilməsi" çərçivəsində may və iyun ayları ərzində gənclər üçün maarifləndirmə təbliğat xarakterli tədbirlər keçirilib.

"OLAYLAR" -a İctimai Birlikdən verilən məlumata görə, üç ay müddətində icra olunan layihə təlim və görüşlər formatında keçirilməklə ümumilikdə Dayanıqlı İnkişaf Məqsədləri və onun 3-cü məqsədi olan "Sağlam həyat tərzini təmin etmək və bütün yaş kateqoriyaları üçün rifahı təbliğ etmək" mövzusunu əhatə etmişdir.

Sağlam cəmiyyət üçün maarifləndirici nəşrlər hazırlanır

Layihə çərçivəsində Azərbaycan Dövlət Pedoqoji Kolleci, 3 və 115 saylı orta məktəblərdə maarifləndirici tədbirlər keçirilmiş və gənclərlə səmimi söhbət aparılmışdır. Gənclər sağlamlıq məslələri, yoluxucu xəstəlikər, zərərli vərdişlər, narkomaniyadan özünü və ətrafındakı insanları müdafiə haqqında yeni yanaşmalara yiyələnmiş və bu sahədə aktiv iştirak etmələri üçün maariflənləndirilmişdirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31