AMEA-da işıqlar niyə söndü? - RƏSMİ

Sosial şəbəkələrdə AMEA-nın işığının söndürülməsi ilə bağlı paylaşımlar edilib.

"Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, artıq binaya elektrik enerjisinin verilməsi bərpa edilib:

"Elektrik enerjisinin kəsilməsi binanın elektrik avadanlıqlarında yaranan problemlərdən qaynaqlanıb. Problem binanın özündə olub və artıq həll edilib. Binada elektrik enerjisinin verilişi bərpa edilib".

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31