Bu gün müqəddəs Ramazan ayının altıncı gününü yaşayırıq.
Milli.Az bu münasibətlə yerli şou nümayəndələrindən kimlərin oruc tutub, tutmadığını öyrənmək üçün sorğu keçirib.
Onlardan bir neçəsini təqdim edirik:
Xatirə İslam oruc tutduğunu bildirib:

"Orucam. Ramazan ayının ilk günündən bu belədir".
Gənc müğənni Yaşar Yusub stabil olaraq artıq 3-üncü ildir ki, fasilə vermədən oruc tutduğunu deyib:

"Mən də oruc tuturam. Artıq 3 ildir ki, stabil olaraq oruc tuturam. Amma ondan əvvəlki illər 3 gün, 5 gün, belə ...".
Xalq artisti Məleykə Əsədovanın sualımıza cavabını təqdim edirik:

"Mən bu gün oruc tutmamışam. Amma oruc tuturam. Əgər bu gün tədbirim, tamaşam yoxdursa, hə, onda tuturam. Amma evimizdə qızım, bacılarım, hammı oruc tutur".