Azərbaycanlı döyüşçü-aktyor Nazarbayevin qızının çəkdirdiyi Tomris filminə dəvət aldı
22 May 2018 05:48 Sosial"Nomad Stunts" beynəlxalq kaskadyorlar birliyinin üzvü, peşəkar döyüşçü-aktyor Sain Fərhad Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliya Nazarbayevanın çəkdirdiyi "Tomris" filminə dəvət alıb.
Bu barədə Sportlife.az-a Sain Fərhad məlumat verib.
Hollywood-da peşəkar kaskadyorluq kurslarını fərqlənmə ilə bitirən ilk azərbaycanlı olan S.Fərhad bildirib ki, tarixi janrda çəkilən filmin çəkilişləri avqust ayının sonlarına qədər davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31