Xalq artisti Arif Quliyevin ailəsindən üzücü xəbər – FOTO
26 Mart 2018 07:33 SosialMinval.İnfo-nun məlumatına görə, xalq artisti Arif Quliyevin xanımı Gülzar Quliyevanın səhhəti ağırlaşıb. Bu haqda xəbəri aktyorun oğlu Rövşən Quliyev də Milli.Az-a təsdiqləyib.
"Son 1 həftədir ki, anamın səhhəti ağırlaşıb. Günü gündən ağrıları daha da şiddətlənir. Anama təcili müalicə lazımdır, amma buna imkanımız yoxdur", - deyə aktyorun oğlu bildirib.
Qeyd edək ki, aktyorun xanımı qaraciyər sirrozundan əziyyət çəkir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00