Bir qrup gənc xəstəxanaya hücum etdi - Tovuzda

Tovuzda bir qrup şəxs mərkəzi xəstəxanaya hücüm edib. Bir neçə gənc tərəfindən xəstəxanaya Aşağı Quşçu kəndində keçirilən toy mərasimində boyun nahiyəsindən bıçaq xəsarət almış yaralı gətirilib.

Tovuzda bir qrup şəxs mərkəzi xəstəxanaya hücüm edib. Bir neçə gənc tərəfindən xəstəxanaya Aşağı Quşçu kəndində keçirilən toy mərasimində boyun nahiyəsindən bıçaq xəsarət almış yaralı gətirilib.

O, Aşağı Quşçu kəndi sakini, 1990-cı il təvəllüdlü İsmayılov Aydın Hüseyn oğludur. Yaralını xəstəxanaya gətirən gənclərlə tibb işçiləri arasında mübahisə yaranıb. Həmin şəxslər tibb işçilərinə hədə-qorxu gələrək, onlara xəsarət yetirməyə çalışıblar.

Əraziyə polis əməkdaşları çağırılıb. Faktla bağlı araşdırma aparılır. Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31