Qobustanda 2 uşaq dəm qazından zəhərləndi

Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Hadisə Qobustan şəhərində qeydə alınıb.

Şəhər sakini, 2015-ci il təvəllüdlü Məmmədov Mehdi Mehman oğlu və qardaşı, 2009-cu il təvəllüdlü Ağa Məmmədov yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Uşaqlar təcili tibbi yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31