Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı açıqlandı

"Bayram günlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 10 nəfər gətirilib". Bunu Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. 

O bildirib ki, həmin müddətdə şöbəyə 6 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib: "Onların 4-ü qadın, 2-si kişidir. Heç bir ölüm faktı olmayıb. Daha 1 nəfər isə dərman zəhərlənməsi, 3 nəfər isə sərxoşluqla ilə bağlı şöbəyə gətirilib".

A.Maqsudov əlavə edib ki, müraciət edənlərdən şöbədə qalan yoxdur: "Onlara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar". Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31