Azərbaycana bahar gəldi
20 Mart 2018 21:19 SosialAzərbaycana bahar gəlib.
Publika.az xəbər verir ki, bahar martın 20-si, Bakı vaxtı ilə saat 20:15 radələrində ölkəyə qədəm basıb.
Baharın gəlişi zamanı gecə-gündüz bərabərliyi hadisəsi baş verir. Həmin vaxt gecə ilə gündüzün müddəti bir-birinə bərabər olacaq. Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da yaz fəsli gəlir.
Qeyd edək ki, bu il yay fəsli Azərbaycana iyun ayının 21-i saat 14:07:18-də, payız fəsli sentyabrın 23-də saat 05:54:06-da, qış fəsli isə dekabrın 22-də daxil olacaq. Qışın gəlməsi saat 02:22:42-yə təsadüf edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00