Kompüterlərdə və internetdə təhlükəsizlik” – İmişlidə tədbir
17 Mart 2018 10:51 Sosial"Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi və "Gələcəyə İnam" Ehtiyacı Olan İnsanlara Qayğı İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi "Vətəndaş Cəmiyyətinin və Vətəndaşların Maraqlarının Müdafiəsi" layihəsi çərçivəsində birgə təşkil etdiyi "İnformasiya və Kommunikasiya Texnologiyaları Sahəsində İnternet Təhlükəsizliyi" mövzusu ilə bağlı İmişli rayonunda 14 və 15 mart 2018 - ci ildə "Kompüterlərdə və internetdə təhlükəsizlik" mövzusunda təlimlər keçirib.
Cebhe.info təlimlər İmişli şəhəri Gənclər Mərkəzində təşkil olunub. İki günlük təlimlərdə rayon ictimaiyyətinin nümayəndələri, QHT uzvləri, sosial media istifadəçiləri və rayonun fəal gəncləri iştirak edib.
Təlimi giriş sözü ilə "GƏLƏCƏYƏ İNAM" Ehtiyacı Olan İnsanlara Qayğı İctimai Birliyinin əməkdaşi Sədrəddin Əliyev açaraq iştirakçıları salamlayıb. Sonra o, təlim iştirakçılarını icraçı təşkilatlar və icra olunan layihə haqqında məlumatlandırıb. Mövzu ətrafında danışmaq üçün söz Veb səhifəsi mütəxəssisinə verilib.
Veb mütəxəssisi Rasim Əmirov iştirakçılara onlayn təhlükəsizlik məsələsi, mövcud vasitələr, təhlükəsizlik strategiyaları haqqında bilgilər aşılayıb. Təlim iştirakçıları da öz növbələrində fəallıq nümayiş etdirirdilər. Təlimlər iştirakçıların qarşılıqlı interaktivliyi ilə yadda qalıb.
Layihə çərçivəsində növbəti təlimlərin 17 və 18 mart 2018 -ci ildə Lənkəran şəhərində keçirilməsi planlaşdırılır. Təşkil olunacaq təlimlərdə Lənkəran ictimaiyyətinin fəalları, bloqqerlər, QHT əməkdaşları və veb əsaslı aktivistlər iştirak edəcəklər.