“ƏDV aradan qalxarsa savadlı insanların sayı artacaq”
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov ölkəyə idxal olunan qəzet kağızı və hazır çap məhsullarına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) götürülməsini təklif edib.
16 Mart 2018 16:42 SosialMətbuat Şurasının sədri, deputat Əflatun Amaşov ölkəyə idxal olunan qəzet kağızı və hazır çap məhsullarına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) götürülməsini təklif edib.
Milli Məclisin plenar iclasında çıxış edən deputat qeyd edib ki, ƏDV aradan qalxarsa qəzet və jurnal alanların sayı çoxalacaq: "Bununla da savadlı insanların sayı artacaq. Bunun nəyi pisdir ki?"
Deputat əlavə edib ki, medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır. O vurğulayıb ki, media tək ictimai deyil, strateji missiya da yerinə yetirir. Azadinform.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31