“Bizim o qədər hit mahnılarımız olsaydı...” – “Şeron”dan etiraf - VİDEO

 

"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan "Şeron" qrupu maraqlı açıqlamalar verib.
 

İçərisində evli cütlüklərə, toya, məclisə aid sözlərin bol olduğu mahnılardan istifadə edən müğənnilər bir yana, qrupun üzvləri heç vaxt bu amili nəzərə almadıqlarını söylədi:
 

"Bütün müğənnilər də bilir ki, bizim toydan heç vaxt şikayətimiz olmayıb. Biz heç vaxt toy üçün çalışmamışıq. Mahnı əgər xoşumuza gəlibsə, ürəyimizcə olubsa, biz həmin mahnını götürmüşük, sevə-sevə də oxumuşuq. İndiyə qədər hansısa mahnını məcburi şəkildə oxumamışıq. Hətta sifariş də olsa, mahnıya baxırıq, elələri var ki, əvvəli, axırı bilinmir. Elə bəstələr olub ki, bu mahnı "tutsa da", oxuya bilmərik demişik. Çünki bizə uyğun olmayıb".
 

Bəzi müğənnilərin yarızarafat, yarıcıddi şəkildə dilində əzbərə çevrilib ki, "Şeron" qrupu ayın 31 günü toydadır və onların payını əllərindən alır:
 

"Bu, bizlik olan bir şey deyil. Hər şey qismətdən asılıdır. Müğənnilər hit mahnılar ifa edə bilərlər. Əsas olan toyda özünü göstərmək, məclis yarıtmaqdır. Bu baxımdan ola bilər ki, kimsə yolunu tutub, kimsə tuta bilməyib. Bizim o qədər hitlərimiz olsaydı, biz günortalar da məclislərə gedərdik". 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00