Yerli hökumətlə münasibətlərin və əməkdaşlıq imkanlarının genişləndirilməsi – Layihə
7 Mart 2018 15:04 Sosial"Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi "Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi" layihəsi çərçivəsində 2 mart 2018-ci ildə Biləsuvar rayonunda "İctimaiyyətin məlumatlandırılması" (Yerli hökumətlə münasibətlərin və əməkdaşlıq imkanlarının genişləndirilməsi) adlı tədbir keçirib.
Cebhe.info xəbər verir ki, tədbirdə Biləsuvar RİH nümayəndəsi, QHT üzvləri, ictimai fəallar və bələdiyyə sədrləri iştirak edib.
Tədbirdə yerli səviyyədə ictimai təşkilatlarla hökumətin əməkdaşlığı sahəsində QHT sektorunun daha aktiv fəaliyyətini təşkil etməyin yolları müzakirə olunub. Sosial yönümlü layihələrin icrasına QHT-ləri daha yaxından cəlb etməklə hökumət və QHT-nın birgə fəaliyyətinin daha sıx vəhdətdə birləşməsindən söhbət açılıb. Rayon ərazisində müxtəlif vaxtlarda yerli və beynəlxalq donorlar tərəfindən maliyyələşdirilərək QHT- lər tərəfindən həyata keçirilmiş layihələrdən və bu layihələrin cəmiyyətin sosial həyatına müsbət təsirindən danışılıb. Sosial problemlərin araşdırılması və aradan qaldırılması məqsədilə layihələrin yazılması, maliyyə mənbələrinin tapılması, və yerli hökumətin dəstəyi əsasında bu layihələrin icrasını həyata keçirilməsi yolları müzakirələrin əsas mövzusu olub.
Tədbir qarşılıqlı müzakirələr əsasında keçirilib və yerli hökumətlə əməkdaşlıq imkanlarının genişləndirilməsi mövzusunda qrup işi və təqdimatı ilə yekunlaşıb.
