Uğuru necə qazanmaq olar?
Biz gündəlik iş prosesində, müxtəlif situasiyalarda qərarlar qəbul etmək məcburiyyətindəyik. Çox düşünürük, tələsirik, sonradan isə nəticədən narazı qalırıq. Elə anlarımız olur ki, verdiyimiz qərar həyatımızda çox mühüm rol oynamır. Amma elə vəziyyət də olur ki, yalnış qərarlar taleyimizi həll edir. Bəs, necə qərar qəbul edək ki, sonradan peşman olmayaq?
6 Mart 2018 14:54 SosialHər bir problemin həlli var, yeganə çətinlik onu tapmaqdır
Biz gündəlik iş prosesində, müxtəlif situasiyalarda qərarlar qəbul etmək məcburiyyətindəyik. Çox düşünürük, tələsirik, sonradan isə nəticədən narazı qalırıq. Elə anlarımız olur ki, verdiyimiz qərar həyatımızda çox mühüm rol oynamır. Amma elə vəziyyət də olur ki, yalnış qərarlar taleyimizi həll edir. Bəs, necə qərar qəbul edək ki, sonradan peşman olmayaq? Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Aygün Ağabalayeva qeyd edib ki, insan daima seçim arasındadır: "nahara nə alsın?", "dincəlməyə hara getsin?", "hansı ali təhsil müəssisəsində təhsil alsın?", "hansı peşəni seçsin?", "millyon necə qazansın?" və sair. Adi məsələlərdə qərar asanlıqla verilir və tez qəbul olunur, nəinki ciddi seçim qarşısında qalanda. Belə halda düzgün qərar böyük uğur gətirə bilər və ya əksinə, uğursuzluğa, itkiyə səbəb ola bilər: "Düzgün seçim həyata keçirmək üçün mütləq görüləcək işin müddətini təyin etmək lazımdır. Vaxtla yanaşı, emosiyalar da qərarın qəbul olunmasında maneələr yaradır. Çünki duyğular üstün gələndə insan obyektiv düşünə bilmir və düzgün qərar qəbul etmir. Belə bir vaxtda insan rahat və sakit olsa, daha yaxşıdır. Qərar qəbul edilmə prosesində düşüncələrimizdə mütləq prioritet qoyulmalıdır, fikirlərin ardıcıllığı olmalıdır. Əlbətdə ki, düzgün qərar qəbul etmək, əsasən, insanın təcrübəsindən asılıdır. Necə deyirlər: "Müdriklik illərlə gəlir"(düzünü desək, bunu da hamıya aid etmək olmaz).
Məlum olduğu kimi uğursuzluq qarşısında qorxu hissi də düzgün qərar verməyə mane olur. Psixiliqun bildirdiyinə görə, qorxunu aradan qaldırmaq üçün alına biləcək nəticələri ətraflı təhlil etmək lazımdır: "Bunun üçün ilk növbədə atılacaq addımlar götür-qoy edilməli, işə kiçik qərarlarla başlamaq lazımdır. Əvvəlcə təyin edin ki, hansı qərarı qəbul etmək fikrindəsiz. Sizdə bir neçə variant olmalıdır. Münasib variantı müəyyən edib seçməlisiz. Eləcə də, vəziyyəti analiz edin. Mütləq deyil ki, oturub hansısa bir vəziyyətin təhlili üçün bütün vaxtınızı sərf edəsiniz. Yəqin ki, yatmazdan əvvəl gün ərzində baş verən hadisələri asanlıqla təhlil edib müvafiq nəticələr çıxarmaq olar. İnsanın şüuraltında hər bir yaranmış vəziyyətdən mümkün çıxış yolları var. Yuxu zamanı fasiləsiz təhlil prosesi keçir. Səhər isə təltəlşüurunuz sizə optimal variantı verə bilər". Onun bildirdiyinə görə, yaxşı olar ki, bütün görülən işlər planlı və qeydlərlə aparılsın: "Əhəmiyyətlidir ki, görüləcək işlər barədə qeydlər aparılsın. Çünki, qeyd zamanı siz avtomatik vəziyyəti təhlil edirsiz və uyğun variantı seçməyə çalışırsız. Eyni zamanda, qeydlər keçmişdə gördüyünüz səhvlərə əsaslanaraq gələcək qərarların düzgün qəbul olunmasına kömək edir. Düzgün qərar qəbul olunmasını təmin edən amillərdən biri də obyektivlikdir. Vəziyyəti olduğu kimi qəbul etmək lazımdır. Yalan, şişirtmə faktlar yanlış seçimə gətirib çıxarır. Bəzən elə olur ki, müəyyən detalların aydınlaşdırılması seçimi gecikdirir. Lakin buna da aldanmayın, yeni faktlar qərar qəbul edilmə prosesini daha da çətinləşdirir, çünki yeni məlumatları dəqiqləşdirmək istəyi yaranır. Zaman müxtəlif variantları təhlil etmək imkanlarını məhdudlaşdırır. Məsələn, sizə münasib olan iki müxtəlif yerə iş təklifini almısınız və siz qərarsızsınız. Əlbəttə gec qərar qəbul etsəniz nəticədə işsiz qala bilərsiz". O,əlavə edib ki, hansısa bir ciddi məsələni həll etmək üçün doğmaların və dostların faydalı məsləhətlərini də nəzərə almaq olar: "Amma bir məqamı unutmayın ki, hamıya və hər kəsə öz problemləriniz haqqında danışmağa dəyməz. Çünki, daxili dialoq da bir çox hallarda faydalı ola bilər.Uğur əldə etmək üçün alternativ yollar axtarmaq vacivdir. Yalnız bir çıxış yolu ilə kifayətlənməklə qarşıya qoyulan hədəf çatmaq olduqca çətindir. Ona görə, heç olmasa müqayisə etmək üçün bir neçə variantlar fikirləşilməlidir. Təsəvvür edin ki, ilkin ideya mövcud deyil, belə vəziyyətdə nə edəcəksiniz? Əlbətdə bir neçə alternativ yollar tapacaqsınız. Yalnız bu halda qərar qəbul etdikdən sonra, tam əminlik yaranır və uğur gözləmək olar. Amma yenə də diqqətli olmaq gərəkdir. Unutmaq olmaz ki, hətta uğurlu sahibkarlar valyuta məzənnəsini tez-tez dəyişir. Çeviklik və inad arasında balans tapılmalıdır. Yalnız bu halda siz inadla məqsədə doğru hərəkət edəcəksiz və lazım olan məqamda fəaliyyət planınızı operativ şəkildə dəyişə bilərsiniz. Bir daha qeyd etmək istərdim ki, düzgün qərarlar qəbul etməyi öyrənmək üçün şəxsi təcrübədən istifadə etmək lazımdır. Bununla yanaşı yuxarıda göstərilən məsləhətləri də nəzərə alın. Qərar qəbul etmə və həyata keçirmə prosesində çevik olun".
Maraqlıdır, bəs, yanlış qərar qəbul edilibsə, necə hərəkət etmək lazımdır? Politoloq bildirib ki, bunu cəsarətlə etiraf etmək və yaranmış vəziyyəti aradan qaldırmaq üçün özündə güc tapmaq lazımdır: "İnanın ki, bu sonradan hər zaman gunahkarlıq hissiylə yaşamaqdan asandır. Yalnız vəziyyəti düzgün yola qoyaraq və ya heç olmasa buna cəhd edərək siz rahatlığınızı əldə edə bilərsiniz. İnsan özü-özündən qaça bilməz - bu fikir dəfələrlə təsdiq olunub. Əslində uğurun əldə edilməsi yolları ilk baxışdan göründüyü kimi sadə məsələ deyil. Belə ki, insanın həyatı verdiyi qərarların nəticələrindən asılıdır. Bu baxımdan, düzgün qərar verməyi bacarsaq həyatımız daha yaxşı olar".
Nurlan