“Direktor institutu əxlaqsızlıq yuvasına çevirib” . - Hüquq-mühafizə orqanlarına şok müraciət..
5 Mart 2018 23:36 SosialAMEA-nın Zoologiya İnstitutunun keçmiş əməkdaşı Günay Kərimova Cahanpress-ə şok müraciət edib. Vətəndaş iddia edir ki, Zoologiya İnstitutunun bir xanım əməkdaşı institutda qadın alveri ilə məşğul olur. Onun cinsi istismara məruz qoyduğu qadınlar bu faktı təsdiqləyə bilərlər.
"Mən dəfələrlə institutdakı bəzi qadınların direktor Elman Yusifovun onları necə cinsi istismara məruz qoyduqları barədə söhbətlərini eşitmişəm. Bu iyrənc söhbətləri eşitməmək üçün nahar vaxtı institutun koridorunda gəzişib vaxtımı keçirirdim. Ailəmə bu barədə danışsam da, onlar mənim işimi ititrməmək üçün səssiz qalmağımı tövsiyə etdilər", - Günay Kərimova belə deyir.
İnstitutun direktoru Elman Yusifov 2016-cı ilin noyabr ayında ona öz iş otağında seksual xarakterli hərəkətlər edib. Məhz buna görə, Günay Kərimova işdən ayrılmağa məcbur olub.
Günay Kərimova deyir ki, o, bu məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
Onun sözlərinə görə, bu məsələni ictimailəşdirməkdə məqsədi oradakı qadınların daha çox təhqir olunmasının qarşısını almaq, cəmiyyətimizin diqqətini belə dırnaqarası ziyalıların iyrənc hərəkətlərinə yönəltmək, onları ictimai qınaqla tərbiyələndirməkdir.
Yazıda adı çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq. (Cahanpress)