“Kompüterlərdə və internetdə təhlükəsizlik” mövzusunda təlim keçirilib

"Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi və "Gələcəyə İnam" Ehtiyacı Olan İnsanlara Qayğı İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi "Vətəndaş Cəmiyyətinin və Vətəndaşların Maraqlarının Müdafiəsi" layihəsi çərçivəsində birgə təşkil etdiyi "İnformasiya və Kommunikasiya Texnologiyaları Sahəsində İnternet Təhlükəsizliyi" mövzusu ilə bağlı Biləsuvar rayonunda  01-02 mart 2018 - ci ildə "Kompüterlərdə və internetdə təhlükəsizlik" mövzusunda  təlimlər  keçirib. 

Cebhe.info xəbər verir ki, təlimlərdə rayon ictimaiyyətinin  nümayəndələri, QHT üzvləri, sosial media istifadəçiləri iştirak edib.

Təlimlər informasiya texnologiyaları mütəxəssisi tərəfindən aparılıb. İştirakçılara onlayn təhlükəsizlik məsələsi,  mövcud vasitələr, təhlükəsizlik strategiyaları haqqında məlumatlar verilib. 

Layihə çərçivəsində növbəti təlimlərin  09-10 mart 2018-ci ildə Masallı rayonunda keçirilməsi planlaşdırılır. Təşkil olunacaq təlimlərdə rayon ictimaiyyətinin fəalları, blogerlər və  internet fəalları iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00