AzTU-da sabiq millət vəkili ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnalogiya” fakültəsinin tələbələri ilə əməkdar elm xadimi, tanınmış alim, ictimai xadim, professor Şahlar Əsgərovun görüşü keçirilib. 

Azərbaycan Texniki Universitetinin (AzTU) "Xüsusi texnika və texnalogiya" fakültəsinin tələbələri ilə əməkdar elm xadimi, tanınmış alim, ictimai xadim, professor Şahlar Əsgərovun görüşü keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, görüşdə AzTU-nun prorektoru, professor İsa Xəlilov tələbələrə qonağı təqdim edib və bildirib ki, Şahlar Əsgərovla görüş "Xüsusi texnika və texnalogiya" fakültəsinin tələbələrinin təşəbbüsü olub. Şahlar Əsgərov tələbələrə "Tərəqqinin Fəlsəfəsi" adlı mühazirə oxuyub. Professor mühazirədə əsasən biliyin qiymətləndirilməsi və qiymətləndirmə modelləri, kamillik, təhsilin və elmin mahiyyəti kimi məsələlərə toxunub. Sonda Şahlar Əsgərova görüşdən xatirə olaraq rəsmi təşəkkürnamə təqdim edilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31