Azərbaycan mətbəxi və mədəniyyəti Abu Dabidə
Abu Dabidə yerləşən ən çoxmillətli məktəb olan “Gems American Academy” təhsil kompleksində keçirilmiş “Beynəlxalq Mədəniyyət Günü” tədbirində Azərbaycan stendlə təmsil olunub. Azərbaycanın BƏƏ-dəki səfirliyindən “OLAYLAR”-a bildirilib ki, tədbir çərçivəsində Azərbaycan səfirinin xanımı Ülviyyə Şikarova və BƏƏ-dəki Azərbaycan icması tərəfindən birgə təşkil edilmiş Azərbaycan stendində yerləşdirilmiş mədəniyyət və turizm imkanlarına dair materiallar, suvenirlər, xalçalar, şəkillər, milli geyimlər, milli kulinariyamızın dolma, aş, qutab, şəkərbura, paxlava, külçə, şəkərçörəyi kimi nümunələri, həmçinin Azərbaycan milli incəsənətinin incisi olan kəlağayılar tədbir iştirakçılarına paylanılıb. Azərbaycan stendində həmçinin Azərsun şirkətinin istehsalı olan təbii meyvə şirələri də iştirakçılara təqdim olunub.
5 Mart 2018 11:13 SosialAbu Dabidə yerləşən ən çoxmillətli məktəb olan "Gems American Academy" təhsil kompleksində keçirilmiş "Beynəlxalq Mədəniyyət Günü" tədbirində Azərbaycan stendlə təmsil olunub. Azərbaycanın BƏƏ-dəki səfirliyindən "OLAYLAR"-a bildirilib ki, tədbir çərçivəsində Azərbaycan səfirinin xanımı Ülviyyə Şikarova və BƏƏ-dəki Azərbaycan icması tərəfindən birgə təşkil edilmiş Azərbaycan stendində yerləşdirilmiş mədəniyyət və turizm imkanlarına dair materiallar, suvenirlər, xalçalar, şəkillər, milli geyimlər, milli kulinariyamızın dolma, aş, qutab, şəkərbura, paxlava, külçə, şəkərçörəyi kimi nümunələri, həmçinin Azərbaycan milli incəsənətinin incisi olan kəlağayılar tədbir iştirakçılarına paylanılıb. Azərbaycan stendində həmçinin Azərsun şirkətinin istehsalı olan təbii meyvə şirələri də iştirakçılara təqdim olunub.
Stenddə həmçinin Azərbaycan torpaqrlarının Ermənistan tərəfindən işğal edilməsi, işğal nəticəsində Azərbaycanın zəngin təbiət və mədəniyyətinə vurulan ciddi zərər, böyük humanitar və iqtisadi ziyan, məscidlərin və tarixi abidələrin dağıdılması barədə məlumatları əks etdirən lövhə yerləşdirilib. Azərbaycan stendi tədbir iştirakçılarında böyük maraq yaradıb.