Xalq artistinin məmur oğlu evləndi
4 Mart 2018 20:00 SosialMartın 3-də bəstəkar, xalq artisti Eldar Mansurov oğluna toy edib.
qafqazinfo xəbər verir ki, paytaxt restoranlarından birində keçirilən məclisdə şou-biznes nümayəndələri də iştirak ediblər.
Gecədən fotoları aparıcı Zemfira Adıgözəlova "Instagram" hesabında paylaşıb.
Qeyd edək ki, E. Mansurovun 2 oğlu var. 66 yaşlı bəstəkarın oğlu Ülvi Mansurov yanvar ayında vergilər naziri Mikayıl Cabbarovun əmri ilə nazirlikdə yaradılmış İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinə baş direktor təyin edilib.
O, bundan öncə "Azərpoçt" MMC-nin baş direktoru, daha əvvəl isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00