Yerli QHT-lər Saatlıda ictimaiyyət nümayəndələri üçün tədbir keçirib - FOTO
1 Mart 2018 12:50 SosialFevral ayının 26-27-də "Tərəqqi" STİB və "ARAZ" Humanitar Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi "Vətəndaş cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi" layihəsi çərçivəsində birgə təşkil etdiyi "Video vəkillik bacarıqlarının artırılması" layihəsi çərçivəsində növbəti təlimini həyata keçirib.
Cebhe.info xəbər verir ki, Saatlı rayonunda baş tutan tədbirdə Saatlı rayonundan 21 nəfər, QHT və ictimaiyyət nümayəndəsi iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Tərəqqi" STİB -in sədri Cəlal Əmənov tədbirin əhəmiyyətindən danışıb. O qeyd edib ki, layihəni keçirməkdə məqsəd Saatlı rayonunda gənclərin foto və video çəklişlərə marağını artırmaq, bu sahəni öyrətməklə onların vətəndaş cəmiyyətinin fəal nümayəndəsi kimi formalaşmalarını təmin etmək, ictimai nəzarətdə aktivliklərini artırmaqdır.
Tədbirdə video vəkilliyin aparılmasında məqsəd və vəzifələr, əsas və yardımçı hədəf auiditoriyası, video vəkillik bacarıqları, video vəkilliyin aparılma üsulları, könüllülərin cəlb edilməsi və s. geniş müzakirə edilib.
Qeyd edək ki, bundan əvvəlki tədbir İmişli rayonunda 30 nəfərə yaxın gəncin iştirakı ilə bu ilin fevral ayının 7-8-də baş tutmuşdu.