"Cəhənnəm, nə çəkirsiniz, çəkin" - Talehdən yerli "komediya"lara tərs şillə - VİDEO

 

Son vaxtlar Azərbaycan kinematoqrafiyasını taun bəlası, vəba mərəzi kimi saran "komediyalar"ın sayı durmadan artır.

Milli.Az bildirir ki, belə "əsər"lərdə gülüş hırıltı, zarafat tərbiyədən kənar ifadələr, aktyor oyunu isə kamera qarşısında əllaməlik kimi anlaşılır deyəsən.

Hazırda sosial şəbəkələrdə paylaşdığı videolar sayəsində Əlixan Rəcəbovla bahəm, Azərpbaycanın ən düşündürücü və mənalı videomessiclərini ərsəyə gətirən aktyor Taleh Yüzbəyov "Azərbaycan kinosu" adlı yeni əsərində də bu mövzuya toxunub.

Aktyor Facebook profilində yazıb: "Mənim də bir hissəsi olduğum kinomuzdan danışmaq istədim. Videoda əziyyəti keçən bütün dostlara təşəkkür edib, bu videonu bizi tərk etmiş aktyorlarımıza həsr eləyirəm".

Buyurun, baxın.

Baxın və son vaxtlar gülüşü əvəzləmiş hırıltıya güvənən "aktyor"lara, "rejissor"lara T.Yüzbəyovun vurduğu "tərs şillə"ni görür.

Buna da güləcəksiniz?

Azərbaycan kinosu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00