“Yenə iki od arasında” romanı nəşr edildi

Tanınmış yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxa) qələmə aldığı və Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr etdiyi “Yenə iki od arasında” romanı “Qələm” nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilib.

Tanınmış yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxa) qələmə aldığı və Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr etdiyi "Yenə iki od arasında" romanı "Qələm" nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilib.

Roman Qarabağ tarixinə, Yusif Vəzirin keşməkeşli həyatına həsr olunub və Qarabağın erməni-rus hiyləsi nəticəsində Azərbaycandan tədricən qoparılması ideyası üzərində qurulub.

Əsər Azərbaycan oxucuları, xüsusən də gəncliyi üçün Qarabağ dərdimizi anladan dəyərli bir mənbədir.

Kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.

"Yenə iki od arasında" romanının Bakı, Naxçıvan, Sumqayıt, Şabran, Bərdə, Yevlax, Gəncə, Oğuz, eləcə də digər bölgələrdə təqdimatı nəzərdə tutulur.

İlk təqdimat noyabrın 29-da, saat 12-də Sumqayıtda Əli Kərim adına Poeziya Evində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31