“Ulduz” Şokolad fabriki KİV nümayəndələrinin övladları üçün ekskursiya təşkil edəcək   

“Ulduz” Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edir. “OLAYLAR” -a şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ekskursiya iştirakçılarına şokoladın isethsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olunacaq, uşaqların istehsal sahəsinə gəzintisi təşkil ediləcək.

"Ulduz" Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edir. "OLAYLAR" -a şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ekskursiya iştirakçılarına şokoladın isethsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olunacaq, uşaqların istehsal sahəsinə gəzintisi təşkil ediləcək. Gəzinti zamanı uşaqlar şokoladların hazırlanması və qablaşdırılmasını canlı izləyə biləcəklər. Ekskursiya iştirakçılarına hazırlanan məhsullardan yerindəcə dadına baxmağa şəraiti yaradılacaq və onları maraqlandıran suallar cavablandırılacaq.
Xatırladaq ki, ekskursiyaya 7-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub, son qeydiyyat tarixi isə 30.11.2017-ci il tarixi müəyyən edilib. Qeydiyyat üçün Ulduz Fabrikinin rəsmi facebook səhifəsinə müraciət edə və ya (+994) 12 514 3030 daxili 2301 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31