Nizami Gəncəvi Beynəlxala Mərkəzi Saryevoda toplandı
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində “Balkanların Avropa gələcəyi” movzusunda konfrans keçirilib. “OLAYLAR” -a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, NGBM İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Lagumdzijanın rəhbərliyi ilə təşkil olunan toplantıda Balkan ölkələrinin, digər Avropa dövlətlərinin və Amerika Birləşmiş Ştatlarının tanınmış siyasətçiləri, nüfuzlu beynəlxalq təşkilatların sabiq rəhbərləri iştirak edib.
21 Noyabr 2017 14:35 SosialNizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində "Balkanların Avropa gələcəyi" movzusunda konfrans keçirilib. "OLAYLAR" -a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, NGBM İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Lagumdzijanın rəhbərliyi ilə təşkil olunan toplantıda Balkan ölkələrinin, digər Avropa dövlətlərinin və Amerika Birləşmiş Ştatlarının tanınmış siyasətçiləri, nüfuzlu beynəlxalq təşkilatların sabiq rəhbərləri iştirak edib.
Konfransı giriş sözü ilə açan Z.Lagumdzija NGBM-in fəaliyyəti barədə danışıb. O qeyd edib ki, Mərkəz fəailiyyət göstərdiyi 5 il ərzində dünyanın müxtəlif ölkələrindən onlarla nüfuzlu ictimai-siyasi xadimi öz sıralarında birləşdirib, təşkilatın keçirdiyi forumlarda yüzlərlə sabiq prezident, baş nazir və nazirlər iştirak edib. "Balkanların Avropa gələcəyi" movzusunda keçirilən bu günkü toplantının isə VI Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıdığını bildirən sabiq Baş nazir gələn il baş tutacaq Forumda bu mövzunun geniş müzakirə ediləcəyini vurğulayıb.