UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən sərgi keçirilib

Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə birgə təşkil etdiyi sərginin açılış mərasimi olub. “OLAYLAR”-ın nazirliyə istindən verdiyi xəbərə görə, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında müxtəlif ölkələrin səfirləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri sərginin açılış mərasimində iştirak ediblər.

Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə birgə təşkil etdiyi sərginin açılış mərasimi olub. "OLAYLAR"-ın nazirliyə istindən verdiyi xəbərə görə, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında müxtəlif ölkələrin səfirləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri sərginin açılış mərasimində iştirak ediblər.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov sərginin müxtəlif mədəniyyət və dinlər arasında sülh, dialoq və qarşılıqlı hörmətin əhəmiyyətinə dair vacib mesaj olduğunu bildirib. O, almanların memarlıq, sənaye, kənd təsərrüfatı və şəhərsalma sahəsinə verdikləri töhfələrə toxunub. Almanların ölkəmizə gəlişinin tarixindən, xalqımızın tolerantlıq mədəniyyəti sayəsində onların yerli mühitə asanlıqla inteqrasiya etməsindən söz açıb. Bildirib ki, dini ayinlərini azad şəkildə həyata keçirən almanlar ölkəmizdə bir neçə kilsə də tikiblər. Hökumətimiz ölkədə yaşayan bütün milli və dini azlıqlara lazımı şərait yaradılması üçün zəruri tədbirlər görüb.

Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyindən söz açan səfir dövlət müstəqilliyini bərpa edən ölkəmizin elə ilk gündən xarici işğala məruz qaldığını diqqətə çatdırıb. İqtisadi və humanitar çətinliklə üzləşən Azərbaycanın bütün çətinliklərə sinə gərdiyini və humanitar yardım alan ölkədən humanitar yardım edən ölkəyə çevrildiyini qeyd edib. Ölkəmizin UNESCO-nun layihələrinə maliyyə dəstəyindən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31