Bakı Təhsil İdarəsi yeni müsabiqə keçirir
Məktəblilər arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir.
21 Noyabr 2017 14:16 SosialMəktəblilər arasında "Ədəbiyyat biliciləri" müsabiqəsi keçiriləcək. "OLAYLAR"-a daxil olan məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir. Təhsil nazirinin əmrinə əsasən keçirilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında təşkil olunacaq. Müsabiqədə iştirak könüllü xarakter daşıyır. Müsabiqənin məktəb mərhələsinin noyabr-dekabr, rayon (şəhər) mərhələsinin yanvar-fevral, ölkə mərhələsinin isə mart-aprel aylarında keçirilməsi nəzərdə tutulur. Müsabiqədə I, II, III yerlərin qalibləri Təşkilat Komitəsi tərəfindən müəyyənləşdiriləcək.