Masallı-Yardımlı yolunda problem yaranıb
Ötən gün axşam saatlarında intensiv yağıntılar nəticəsində Masallı rayonunda dağ yamaclarında baş vermiş sürüşmə nəticəsində axan torpaq və bitki qatı Masallı-Yardımlı avtomobil yolunun 17, 19, 21, 24 və 29-cu km-lərində yolun hərəkət hissəsinə tökülüb.Nəticədə yolda hərəkətdə müəyyən çətinliklər yaranıb. “OLAYLAR”-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub.
5 Oktyabr 2017 13:58 SosialÖtən gün axşam saatlarında intensiv yağıntılar nəticəsində Masallı rayonunda dağ yamaclarında baş vermiş sürüşmə nəticəsində axan torpaq və bitki qatı Masallı-Yardımlı avtomobil yolunun 17, 19, 21, 24 və 29-cu km-lərində yolun hərəkət hissəsinə tökülüb.Nəticədə yolda hərəkətdə müəyyən çətinliklər yaranıb. "OLAYLAR"-ın "Azəravtoyol" ASC-yə istinadən verdiyi xəbərə görə, əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub.
Qısa müddət ərzində yol torpaq və bitki qatından təmizlənərək avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.