Gənc mədəniyyət işçilərinin ixtiyarına yeni elektron layihə təqdim olunacaq
Cari ilin 3 oktyabr tarixindən etibarən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin yeni internet resursu fəaliyyətə başlamış və bu işin təşkilinə dair Mərkəzin ilk iclası keçirilib.
3 Oktyabr 2016 18:10 SosialCari ilin 3 oktyabr tarixindən etibarən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin yeni internet resursu fəaliyyətə başlamış və bu işin təşkilinə dair Mərkəzin ilk iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılması, onlar arasında sıx əməkdaşlıq əlaqələrin formalaşdırılması və gündəlik peşə fəaliyyətlərində rastlaşdıqları çətinliklərin müzakirəsinə xidmət edəcək elektron resurs (http://memm-forum.az), eyni zamanda gənclər arasında mədəniyyət təzahürlərin və müasir mədəni proseslərin çevik müzakirəsi platforması olacaq.
İclas zamanı yeni yaradılmış internet resursun gənclər arası tanıdılması və populyarlaşdırılması imkanları da geniş müzakirə olunub. Yeni elektron layihənin geniş ictimaiyyətə tanıtdırmaq üçün forumun yaxın zamanlarda təqdimat mərasiminin təşkili də nəzərdə tutulur.