Ceyhan limanından 942 min 882 ton xam neft ixrac edilib
2016-cı ilin sentyabr ayında Novorossiysk limanından 169 min 279 ton, Supsa limanından 274 min 705 ton, Ceyhan limanından 942 min 882 ton xam neft ixrac edilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, ümümilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 898 min 48 ton, Supsa limanından 1 milyon 853 min 627 ton, Ceyhan limanından 12 milyon 322 min 470 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib.
3 Oktyabr 2016 18:08 Sosial2016-cı ilin sentyabr ayında Novorossiysk limanından 169 min 279 ton, Supsa limanından 274 min 705 ton, Ceyhan limanından 942 min 882 ton xam neft ixrac edilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, ümümilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 898 min 48 ton, Supsa limanından 1 milyon 853 min 627 ton, Ceyhan limanından 12 milyon 322 min 470 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin sentyabr ayında 78 min 247 ton dizel yanacağı, 21 min 876 ton təyyarə yanacağı, 4 min 86 ton yüksək təzyiqli polietilen, 96 ton mütləqləşdirilmiş izopropil spirti, 1 min 147 ton propilen və 844 ton butilen butadien fraksiyası ixrac edib. "OLAYLAR"-ın xəbərinə görə, ümumilikdə, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 508 min 996 ton dizel yanacağı, 165 min 347 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 61 min 102 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 45 min 195 ton maye piroliz qətranı, 30 min 610 ton propilen və 15 min 166 ton butilen butadien fraksiyası ixrac edilmişdir. 2016-cı ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 478,97 ABŞ dolları, təyyarə yanacağının - 430,67 dollar, dizel yanacağının - 409,84 dollar, 1% kükürdlü mazutun qiyməti - 255,20 dollar, yüksək təzyiqli polietilenin - 1168,50 dollar, butilen butadien fraksiyasının - 459,29 dollar, maye piroliz qətranının - 478,97 dollar, propilenin qiyməti - 697 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 897,50 avro təşkil edib.