Bakı-Quba-Rusiya avtomobil yolunun dağılmış hissələri bərpa olunur
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində yolun inşası zamanı podratçıların işinə nəzarətin zəif olması nəticəsində yol verilən konstruktiv səhvlər, o cümlədən layihədə nəzərdə tutulmuş ərazilərdə qrunt sularının ötürülməsi üçün drenaj sistemin pis tikilməsi və ya ümumiyyətlə olmaması, həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhərinə doğru olan istiqamətdə normadan artıq yüklənmiş yük maşınlarının (ümumi nəqliyyat vasitələrinin 67,82 % təşkil edir) hərəkəti nəticəsində yolun monolit-beton örtüyündə çatlar və dağılmış hissələr yaranmışdı.
3 Oktyabr 2016 18:07 SosialBakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində yolun inşası zamanı podratçıların işinə nəzarətin zəif olması nəticəsində yol verilən konstruktiv səhvlər, o cümlədən layihədə nəzərdə tutulmuş ərazilərdə qrunt sularının ötürülməsi üçün drenaj sistemin pis tikilməsi və ya ümumiyyətlə olmaması, həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhərinə doğru olan istiqamətdə normadan artıq yüklənmiş yük maşınlarının (ümumi nəqliyyat vasitələrinin 67,82 % təşkil edir) hərəkəti nəticəsində yolun monolit-beton örtüyündə çatlar və dağılmış hissələr yaranmışdı. Bu isə haqlı olaraq vətəndaşlar tərəfindən narazılıqla qarşılanmış, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində problemlərə gətirib çıxarmışdı. "Azəravtoyol" ASC-nin rəhbərliyinin müdaxiləsi ilə təxirəsalmaz və komples tədbirlərə start verib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bir müddət bundan öncə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Gəndob kəndindən başlayaraq Şabran rayonunun girişində yerləşən avtomobil körpüsünə qədər olan 11 km-lik və Siyəzən rayonunun Zarat kəndi ərazisində 5 km-lik deformasiyaya uğramış hissələrdə bərpa işləri aparılıb, yol yatağının yararsız qruntu qazılaraq çıxarılmış yenidən karbonat materialı tökülərək kipləşdirilib, daha sonra yeni yol əsası inşa edilərək yeni asfalt-beton örtük döşənib.. Nəticədə sözügedən ərazilərdə bundan öncə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılıb. Hal-hazırda isə sözügedən avtomobil yolunun Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bərpa işləri aparılır. Təmir-bərpa işləri Bakı şəhəri istiqamətində aparılır. Avtomobil yolu ilə hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə Baş Dövlət Yol Polisinin stasionar postuna qədər 3 km-lik məsafədə aparılacaq. İlkin olaraq işlərə sözügedən yolun 1 km-lik hissəsində start verilib.