“Bakı Yay Neft Məktəbi” layihəsi başa çatdı

Bakı Ali Neft Məktəbində təşkil olunan “Bakı Yay Neft Məktəbi”nin sertifikatlarının təqdimolunma mərasimi keçirilib.

Bakı Ali Neft Məktəbində təşkil olunan "Bakı Yay Neft Məktəbi"nin sertifikatlarının təqdimolunma mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və BANM-in rektoru Elmar Qasımov yay məktəbini uğurla başa vuran 8 iştirakçıya, o cümlədən Almaniyanın müxtəlif universitetlərindən olan 6 mütəxəssisə sertifikatları təqdim etmişlər. Xalik Məmmədov layihə iştirakşılarını təbrik edib, bu layihənin alman tələbələrə ölkəmizin nüfuzlu ali təhsil müəssisəsi olan BANM ilə, ümumiyyətlə Azərbaycan ilə yaxından tanışlığına imkan verdiyini bildirib. BANM-in rektoru Elmar Qasımov layihə iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31