Qaçqın və məcburi köçkünlərlə bağlı kitabın təqdimatı keçirilib

Oktyabrın 1-də İsmayıllı Rayon uşaq kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərlə Dövlət Dəstəyi Şurasının keçirdiyi 2-ci qrant müsabiqəsinin qalibi olmuş “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyinin “Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində” kitabının təqdimat mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə rayonda məskunlaşmış qaçqın və məcburi köçkünlərin, təhsil, səhiyyə və mədəniyət işçilərinin 60-a yaxın nümayəndəsi, RİH hüquq şöbəsinin müdiri X.Abbasov, İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini M.Məhərrəmov iştirak edib.

Oktyabrın 1-də İsmayıllı Rayon uşaq kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərlə Dövlət Dəstəyi Şurasının keçirdiyi 2-ci qrant müsabiqəsinin qalibi olmuş "Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı" İctimai Birliyinin "Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində" kitabının təqdimat mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə rayonda məskunlaşmış qaçqın və məcburi köçkünlərin, təhsil, səhiyyə və mədəniyət işçilərinin 60-a yaxın nümayəndəsi, RİH hüquq şöbəsinin müdiri X.Abbasov, İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini M.Məhərrəmov iştirak edib. Tədbiri giriş sözü ilə X.Abbasov açıb, "Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı" İB-nin sədri, professor Rüstəm Məmmədov kitabın məziyyətləri haqqında ətraflı məlumat verib. RİH-nin məsul işçisi M.Məhərrəmov, Qaçkınkomun rayon nümayəndəsi T.Əliyev, RMX baş həkiminin müavini İ.İsmayılov, şəhər 5 saylı tam orta məktəbin müəllimi Ş.Hacıyev çıxış edərək kitabın geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacağını bildirib, müəlliflərə minnətdarlıq ifadə ediblər. Sonda tədbir iştirakçılarına, şəhər, kənd və məktəb kitabxanalarına yeni nəşr paylanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31