Hər şey ola bilər... Elçin Hüseynbəyli yazır...

Hə, dostlar, ötən dəfə orda qalmışdıq ki, Ağsu dolaylarında çay içmək sövdası baş tutmadı, ailə təsərrüfatı lap pəjmürdə oldu.

Belə-belə işlər

Elçin Hüseynbəyli

Hər şey ola bilər...

(Əvvəli 30 Sentyabr sayımızda)

Hə, dostlar, ötən dəfə orda qalmışdıq ki, Ağsu dolaylarında çay içmək sövdası baş tutmadı, ailə təsərrüfatı lap pəjmürdə oldu.

Qabaqda oturan dostlar, yəni İbadət kişiylə Məhəmməd söhbətə başladılar. Məhəmməd qayıtdı ki:

-İbo sənin canın haqqı, dünən qabaq sağ təkəri düz doqquz dəfə yamatdırmışam.

-Necə yəni doqquz dəfə? -deyə İbadət kişi təəccübləndi.

-Maşının təkərin yamatdırıb evə təzəcə gəlmişdim, Rəna bacına dedim ki, "az maaa bir çay gəti"...Çaydan heç bir qurtum almamış, nəvəm dili yanmış içəri girib dedi ki, bəs sağ təkər boşalıb. Təkəri apardım həminki ustaya, təzədən yamadı. Genə də bissimillah eləməmişdim ki, qurtdamış nəvəm qaçıb gəldi ki, sağ təkər yenə də boşalıb, bax beləcə doqquz dəfə təkəri yamatdırdım.

-Bəlkə kamer xarabımış, ay qağa, -İbadət kişi canıyananlıqla soruşdu.

-Yox, başın haqqı, bax elə həmin təkərdi, görmürsən sapbasağdı.

Məhəmməd kişi bunu demişdi ki, maşının sağ təkəri yenidən partladı. Bu zaman İbadət kişi qayıtdı ki, "ay qağa, canın haqqı, sənin ustanın da başı xarabımış..."

Maşını saxladıq, yük yerindən çarpayı setkasını, başqa yükləri götürüb qoyduq yerə, Məhəmməd kişi hıqqana-hıqqana bir təkər çıxartdı. Keçəlləmiş təkər idi. Lap dilxor olduq.

-Ay Mamed, bəs mən saa iyirmi şirvan vermişdim ki, təkər alasan?

-Qağa başın haqqı, bu da təzədi, intəhası bir az köhnədi.

Nəsə. Bu təkəri vurduq maşına, yükləri də zor-bəla qaytarıb yerinə dürtüşdürdük və düşdük yola.

Həyat yoldaşım dodağının altında deyinir, qızım qazının dərdini çəkir, bircə oğlumun vecinə deyil, mahnıya qulaq asır özü üçün.

Təxminən bir kilometr yol gedəndən sonra maşın sapba-supba vurdu. Məhəmməd qayıtdı ki:

-Allahaa qurban olum, təkər yenə partdadımı?!

Bu yerdə mənim də hövsələm lap daraldı. Uşaqlara dedim ki, gəlin maşın tutaq qayıdaq geri, sabah qatarla, ya taksiylə gedərik rayona.

Bu zaman məlum oldu ki, maşının tyaqası yerindən çıxıb. Düzü, mən "tyaqa"nın nə olduğunu bilmirəm, rus dilindən hərfi tərcümədə "dartan" deməkdi, həm də tyaqanın çıxması çox təhlükəli məsələdi.

Gün başımıza döyür, Məhəmməd kişi məftil axtarır ki, tyaqa deyilən zəhrimarı bir təhər bağlasın və aralıdan görünən "profiloktoriya"ya aparsın. Tərs kimi yoldan bir taksi də keçmir ki, saxladam. Günün istisi bir tərəfdən bizi sıxır, arvadım əməlli-başlı deyinir, qızım ağlayır ki, qaz balası istiyə tab gətirməyib öləcək, amma oğlum yenə də sakitdir, deyir ki, heç nə olmaz, elə bu maşınla yavaş-yavaş gedərik.

Xülas. Məcbur olub düşdük yola, maşının tyaqasını da düzəltdirdik. Günortaya yaxın "ya allah" deyib, yolumuza davam elədik. Uşaqlar ac, Kürdəmirin istisinə doğru yürüyürük.

Yoldaşım birdən qayıtdı ki:

-Məhəmməd qardaş, tay maşına bir şey olmaz?

Məhəmməd kişinin cavabı lap şaşırdıcı oldu:

-Hər şey ola bilər...

Arvadımın sifəti ağappaq ağardı. Təbii, öz canından yox, uşaqlardan qorxurdu.

-Onda maşını saxlayın, biz başqa maşınla gedək, -yoldaşım təkid elədi.

İbadət kişi qoldaşımı sakitləşdirmək üçün:

-Ay bacı, Məhəmməd maşını yetmişdən o yana sürmür, düpbədüz yolda nə olasıdı ki, eləcə zarafat eliyir.

Uşaqların könlünü almaq üçün dedim ki, Kürdəmirə çataq, ağacların birinin dibində oturub çay içək, kabab yeyək.

Kürdəmirə çatdıq, amma nə kabab kabab kimi gəldi, nə cücə cücə kimi bişdi, eləcə dilxor halda ünvana çatdıq. Amma bir neçə yerdə maşını saxlatdırıb, çay içdik ki, qaranlıqlaşanda rayona çataq ki, bizi tanıyanlar hansı maşında gəldiyimizi görməsinlər, çünki maşın doğrudan da bərbad haldaydı, çəpəndazı gedirdi, banının rəngi də getmişdi, təkərlər də it günündə.

Axşam qohumumgilə çatdıq, onlarda gecələdik, səhərisi günü başqa maşınla dağlara qalxdıq.

Ən maraqlı hadisə Bakıya qayıdandan sonra oldu.

Səhər yuxudan oyananda nahar hazırlığı görən yoladaşıma xəbədarlıq elədim ki, dəm qaynaya bilər ha?

Onun da cavabı Məhəmməd kişinin sözləri kimi qısa və müdrik oldu:

-Hər şey ola bilər...

Belə-belə işlər

Elçin Hüseynbəyli

Hər şey ola bilər...

(Əvvəli 1-3 oktyabr sayımızda)

Oktyabrın əvvəli 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31