Nəsimi rayonunda Ahıllar Günü qeyd edilib

1 Oktyabr Beynəlxalq Ahıllar günü münasibəti ilə Nəsimi rayonunda silsilə tədbirlər təşkil olunub. Əlamətdar günlə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilib.

1 Oktyabr Beynəlxalq Ahıllar günü münasibəti ilə Nəsimi rayonunda silsilə tədbirlər təşkil olunub. Əlamətdar günlə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilib. Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamlamış, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu qeyd etmişdir. Bildirmişdir ki, yaşlılar da cəmiyyətin bərabərhüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Qeyd olunmuşdur ki, Azərbaycandakı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardağı uğurlu siyasət nəticəsində əldə olunmuş iqtisadi inkişaf ölkə rəhbərliyinə imkan vermişdir ki, son illər ərzində pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılmışdır. Qarşıdakı illərdə də pensiya və müavinətlərin artırılması nəzərdə tutulmuşdur.
            Bu gün Nəsimi rayonunda əhalinin 13189 nəfərinin yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Onlardan 5702 nəfəri kişi, 7487 nəfəri qadındır. Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 279 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 279 ahıl vətəndaşdan 260 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 204 nəfəri qadın, 53 nəfəri kişidir. Ümumi qeydiyyatda olanlardan 19 nəfəri I qrup əlil, 35 nəfər isə II qrup əlildir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 6 nəfər sakin yaşayır.Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.
          Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranları Ağababa İskəndərov, Əli Səfərov və digər çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışmış və bu işlərə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını çatdırmış, ona ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində gördüyü işlərdə uğurlar arzulamışlar. Görüşdə iştirak edən və evlərdə yataq xəstəsi olan 250 nəfərdən artıq ahıla Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilmişdir. Tədbirdən sonra ahıl vətəndaşların istəyi nəzərə alınaraq Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tərəfindən onlar ayrı-ayrılıqda qəbul edilmiş və qəbul zamanı qaldırılan sosial məişət məsələlərinin həlli üçün müvafiq tapşırıqlar verilmişdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31