Əhalinin sosial müdafiəsinin gücləndirilməsi başlıca prioritetdir
Son illərdə dünyada yaşanan maliyyə və iqtisadi böhran əksər ölkələr kimi Azərbaycana da təsirsiz ötüşmədi. Lakin Azərbaycan dövlətinin zamanında atmış olduğu addımlar, həyata keçirdiyi antiböhran tədbirlləri ölkəmizə o qədər də ciddi təsir göstərmədi. Qlobal maliyyə böhranının fonunda əksər inkişaf etmiş ölkələr nəzərdə tutulan, hətta icra edilən sosial layihələri dayandırsa da, lakin Azərbaycan dövlətinin sosial layihələri nəinki axsadı, hətta yeni layihələrin icrasına belə start verildi.
26 Sentyabr 2016 13:39 SosialAzərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşları dayanır
Son illərdə dünyada yaşanan maliyyə və iqtisadi böhran əksər ölkələr kimi Azərbaycana da təsirsiz ötüşmədi. Lakin Azərbaycan dövlətinin zamanında atmış olduğu addımlar, həyata keçirdiyi antiböhran tədbirlləri ölkəmizə o qədər də ciddi təsir göstərmədi. Qlobal maliyyə böhranının fonunda əksər inkişaf etmiş ölkələr nəzərdə tutulan, hətta icra edilən sosial layihələri dayandırsa da, lakin Azərbaycan dövlətinin sosial layihələri nəinki axsadı, hətta yeni layihələrin icrasına belə start verildi.
Təsadüfi deyil ki, belənəlxalq reytinq agentliklərinin hazırladıqları hesabatlarda Azərbaycan bu məqama görə hər zaman öndə olur. Ekspertlər də birmənalı olara qeyd edirlər ki, bu ölkədə aparılan uğurlu sosial siyasətin nəticəsidir.
Millət vəkili Hadı Rəcəbli deyir ki, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu ilin əvvəlindən maaş və pensiyaların artırılması da bunu sübut edir. Düşünürəm ki, iqtisadi inkişafın yeni mərhələsi nəticəsində əldə olunan nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək. Əhalinin yüksək rifahının təmin olunmasına yönəldilmiş konkret tədbirlər sistemi olan sosial siyasət mürəkkəb struktura malik olmaqla çoxcəhətli prosesdir. Bu siyasətin hər hansı bir göstəricisini əsas götürərək bütövlükdə cəmiyyətin inkişafı barədə fikir yürütmək olar. Hər bir cəmiyyət öz inkişafına uyğun olaraq sosial siyasəti formalaşdırır və bu siyasətin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir. Baş verən ictimai, iqtisadi və digər inkişaf reallıqları sosial siyasətin məzmununun, mahiyyətinin zənginləşməsində böyük əhəmiyyət kəsb edir". Hadı Rəcəbli deyib ki, sosial siyasətin qarşısına qoyulmuş məqsədlərə nail olmaq üçün onun həyata keçirilməsi mexanizminin böyük əhəmiyyəti var: "Bu mexanizmin əsas elementi iqtisadiyyatı inkişaf etdirməkdir. Çünki iqtisadiyyatda uğur qazanmadan, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil".
Millət vəkili Sədaqət Vəliyevanın sözlərinə görə, bu gün dünya ölkələrində, xüsusilə də, Avropa dövlətlərində baş verən sosial-iqtisadi və siyasi proseslərin təhlili fonunda əminliklə deyə bilərik ki, Azərbaycan uğurlu inkişaf yolundadır, qarşısına qoyduğu məqsədlərə nail olur, hətta, perspektiv tərəqqi üçün çox möhkəm təməl yaradılıb: "Ölkəmizin qlobal maliyyə-iqtisadi böhranından minimum itkilərlə çıxması, siyasi-hərbi qarşıdurmaların mənfi təsirlərinə məruz
qalmaması, əksinə işğal olunmuş torpaqlarının azad olunması üçün diplomatik və hərbi gücünü nümayiş etdirməsi, nəhayət, "sabitlik adası" kimi vətəndaşının rifahını, firavanlığını təmin edə bilməsi Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin nailiyyətləri və uğurlarıdır. Bu mənada, Azərbaycanın dinamik inkişafı, siyasi sabitliyi, təhlükəsizliyi xalqımızın sərvətidir və biz bunu qorumalıyıq. Bunun üçün isə hər zaman olduğu kimi bütün məqamlarda Heydər Əliyev siyasətinə, cənab Prezident İlham Əliyevə olan dəstəyimizi nümayiş etdirməliyik. Çox sevindirici haldır ki, Azərbaycan dövləti insanların yüksək həyat şəraiti və sağlam mühitdə yaşaması üçün bütün lazımi addımları atır, dövlət proqramları reallaşdırır, qanunvericilik səviyyəsində beynəlxalq hüquq normalarını tətbiq edir. Ailə, qadın, uşaq, səhiyyə, təhsil, ümumilikdə sosial sahədə uğurlu siyasət yürüdən dövlətimiz bütün məqamlarda ən nümunəvi təcrübəni reallaşdırır ki, daha mükəmməl sosial-ictimai sistem formalaşsın. Məhz, qlobal böhranın təsirlərinə baxmayaraq, cənab Prezident İlham Əliyevin göstərişilə yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması, ölkədə sosial-iqtisadi vəziyyətin daha da yüksəldilməsi üçün islahatların həyata keçirilməsi uğurlu inkişaf siyasətinin göstəriciləridir. Bir sözlə, əminliklə demək olar ki, bu gün Azərbaycan dövləti qarşısına qoyduğu hədəflərə çatır və zamanın çağırışlarına uyğun olaraq daha yeni məqsəd və vəzifələrini müəyyənləşdirir".
***
Milli Məclisin deputatı Musa Quliyev qeyd edib ki, yeni iqtisadi kursun fonunda əsas götürülən başlıca prinsiplərdən biri sosial siyasətlə bağlıdır: "Bu, o deməkdir ki, yenə də qəbul və icra olunan hər bir qərarın, həyata keçirilən bütün tədbirlərin əsasında Azərbaycan vətəndaşı dayanır. Ümumiyyətlə, Azərbaycanda sürətli inkişaf təbii olaraq bütün sahələrdə, o cümlədən sosial sferada da özünü ciddi şəkildə göstərir. Və bu, bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanın dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Yeri gəlmişkən, bir müddət öncə pensiya və əmək haqlarının 10 faiz artırılması bu istiqamətdə həyata keçirilən zəruri tədbir olmaqla yanaşı, vətəndaşların sosial rifahının yaxşılaşmasına xidmət edir. Hazırkı vəziyyətdə atılan bu addımlar ciddi sosial təşəbbüsdür. Bu, ona dəlalət edir ki, hökumət ilk növbədə əhalinin rifah halının yüksəldilməsi üçün addımlar atır. Nəzərinizə çatdırım ki, neft hasil edən və ya mövcud durumdan əziyyət çəkən heç bir ölkədə belə sosialyönümlü addımlar atılmır. Bu fakt bir daha əyani şəkildə təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır".
Füzuli