Azərbaycanın müstəqilliyini qorumaq üçün...

Bu ilin yayında Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı zamanı Prezident İlham Əliyevin proqram xarakterli çıxışı, diaspor təşkilatları və cəmiyyətləri qarşısında qoyduğu vəzifələr qarşıdakı müddətdə bu sahədə ciddi addımların atılacağına dəlalət edirdi.

Sərraf Kərimov: "Hamı birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir"

Bu ilin yayında Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı zamanı Prezident İlham Əliyevin proqram xarakterli çıxışı, diaspor təşkilatları və cəmiyyətləri qarşısında qoyduğu vəzifələr qarşıdakı müddətdə bu sahədə ciddi addımların atılacağına dəlalət edirdi. Artıq bir neçə Avropa ölkəsində bu istiqamətdə müsbət tendensiyaya rast gəlmək mümkündür. Xüsusilə, bu sırada Almaniyanı qeyd etməmək olmaz. Bu ökədə fəaliyyət göstərən diaspor nümayəndələrimiz təşkilatanma prosesində yeni mərhələyə qədəm qoyublar. Belə ki, artıq Almaniyanın müvafiq qurumlarından qeydiyyatdan keçmiş Dünya Azərbaycanlıları Assambleyası (DAA) adlı qurum fəaliyyət göstərməkdədir. Əslində sözügedən assambleyanın təsis edilməsi, onun quruculuq işləri Dünya Azərbaycanlıarının IV Qurultayından öncəyə təsadüf etsə də, sonuncu qurultay, orada dövlət başçısının proqram xarakterli çıxışı DAA-nı yaradanları daha mütəşəkkil və sürətli fəaliyyət göstərməyə sövq etdi. Artıq assambleyanın mərkəzi strukturları da formalaşıb. Dünya Azərbaycanlıları Assambleyasının diaspora, lobbiçilik üzrə vitse-prezidenti Sərraf Kərimov təmsil etdiyi assambleyanın təşkilatanması istiqamətində görülən işlərə toxunarkən qeyd edib ki, dünyada hər millətin özünəməxsus xüsusiyyətləri vardır. Onun sözlərinə görə. kimisi qonaqpərvırliyi, kimisi qəhrəmanlığı,kimisi isə mənəvi və mədəni irsiylə tarixin dərin səhifələrinə kök salıb: "Lakin bir millət də var ki, o bu xüsusiyyətlərin tamamını özündə birləşdirir. Bu mənim millətim olan -Azərbaycan Türküdür. Dünya xalqları ilə yanaşı Azərbaycan Türkü də hər zaman Tarixdə öz sözünü deməyi bacarıb. İstər qəhrəmanları ilə olsun, istərsə də tarixi simaları ilə. Məhz elə bunun nəticəsidir ki, bu xalqın mərd və igid oğul-qızlarının səsi hələ də yüksək tribunalardan gəlməkdədir. Bu gün sizləri məlumatlandırmaq istədiyim Dünya Azərbaycanlıları Assambleyası elə həmin yüksək tribunalardan biridir. Vətəndən uzaqda yaşayan Azərbaycan Türklərinin birlik nümayiş etdirməsi və Azərbaycan Lobbilərinin yaranıb güclənməsi Azərbaycanın daxili və xarici siyasətinin inkişafı üçün çox əhəmiyyətlidir. Bu yöndə apardığımız iş birliklərinin və danışıqların səmərəsi çox yaxın vaxtlarda öz nəticəsini verəcəkdir. Assambleyanın qarşısına qoyduğu ilk məqsədlərindən biri bütün dünyada Azərbaycan Türklərinin qarşılaşdığı problemlərin dünya arenasında və beynəlxalq təşkilatlar tərəfindən həll edə bilinir dərəcədə ictimailəşməsinə yardımçı olmaqdır".

***

Dünya Azərbaycanlıları Assambleyasının diaspora, lobbiçilik üzrə vitse-prezidenti Sərraf Kərimovun sözlərinə görə, vətənimizi xaricdə təmsil edən bir sıra təşkilatlar var ki, onların vasitəsilə bir çox insanlarımızın qarşılaşdığı problemlər uğurla həll olunub: "Buna misal olaraq Tatarıstanda rəhbərlik etdiyim diasporanı göstərə bilərəm. Belə ki, Tatarıstan dünya türklərinin ücüncü Vətəni hesab olunur. Və ora bir sıra türk mənşəlli xalqların birləşdiyi mərkəzdir. O cümlədən Azərbaycan türklərinin də. Burada bizim məqsədlərimizdən biri və ən önəmlisi Dünya Azərbaycanlılarının həmrəyliyini əldə etməkdir. Bu həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələlərini diqqət mərkəzində saxlaya bilər. Lobbilərimiz və diasporalarımız xarici ölkələrdə Azərbaycan vətəndaşları ilə görüşlər keçirməli, onların problem və qayğıları ilə yaxından maraqlanmalı, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verməlidirlər. "Harada olursa olsun azərbaycanlıların birlikdə bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplaya bilək. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir" - şüarı altında birləşməliyik.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31