"Pensiyalar və əmək haqları artırılacaq" - Nazirdən AÇIQLAMA

Gələn ilin dövlət büdcəsində neftdən daxilolmaların hesablanması üçün neftin 1 barrelinin baza qiyməti 40 dollardan götürülüb.

Gələn ilin dövlət büdcəsində neftdən daxilolmaların hesablanması üçün neftin 1 barrelinin baza qiyməti 40 dollardan götürülüb.

Bunu maliyyə naziri Samir Şərifov deyib.
 
Nazirin, həmçinin 2017-ci il dövlət büdcəsinin əsas prioritetlərini də açıqlayıb: "Şübhəsiz ki, büdcə layihəsi hazırlanarkən dünya iqtisadiyyatında baş verənlər nəzərə alınıb. Azərbaycan qlobal iqtisadiyyatın tərkib hissəsidir və baş verənlər bizə də təsirsiz ötüşmür. Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər davam edir.

Bunu nəzərə alaraq biz xarici şokların ölkə iqtisadiyyatına təsirini azaltmalıyıq və bu istiqamətdə bir sıra addımlar atılıb. Bilirsiniz ki, cari ildə dövlət sektorunda çalışanların əmək haqları artırılıb. Gələn ildə də bu addımların davamlı olması üçün biz büdcədə maliyyə təminatı yaratmalıyıq. Digər tərəfdən cari ildə sosial müavinətlərin, pensiyaların, təqaüdlərin və digər sosial ödənişlərin artımı baş verib. Bu cür artımların gələn ildə də baş verməsi üçün maliyyə təminatı nəzərdə tutulub". apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31