Hava əsasən yağmursuz olacaq

Bakı və Abşeron yarımadasında sentyabrın 27-dəhava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Bakı və Abşeron yarımadasında sentyabrın 27-dəhava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. 

Şimal-qərb küləyi  gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə  15-18° isti, gündüz  21-25° isti, Bakıda gecə  16-18° isti, gündüz  22-24° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət gecə 70-80%, gündüz 55-65% təşkil edəcək.          

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31