Tacikistan parlamentinin sədri Azərbaycana səfər edəcək
Tacikistan parlament aşağı palatasının sədri Şukurcon Zuxurov Azərbaycana üç günlük rəsmi səfərə gələcək. “Olaylar” xəbər verir ki, səfər Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun dəvəti ilə reallaşacaq. Ş.Zuxurovun sentyabrın 27-də başlayacaq Bakı səfəri zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə və Milli Məclisinin sədri Oqtay Əsədovla görüşü planlaşdırılır.Ş.Zuxurov, həmçinin Bakıda V Beynəlxalq Humanitar Forumda iştirak edəcək.
26 Sentyabr 2016 12:38 SosialTacikistan parlament aşağı palatasının sədri Şukurcon Zuxurov Azərbaycana üç günlük rəsmi səfərə gələcək. "Olaylar" xəbər verir ki, səfər Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun dəvəti ilə reallaşacaq. Ş.Zuxurovun sentyabrın 27-də başlayacaq Bakı səfəri zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə və Milli Məclisinin sədri Oqtay Əsədovla görüşü planlaşdırılır.Ş.Zuxurov, həmçinin Bakıda V Beynəlxalq Humanitar Forumda iştirak edəcək.