Kənd təsərrüfatının müxtəlif sahələrində yerli istehsalın artırılmasına dəstək verilir

“Şəfəq” Ekoturizm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili” layihəsi çərçivəsində “Yerli istehsal ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda növbəti seminarını Yardımlı rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Yardımlı rayon Mərkəzi Kitabxanasında reallaşdırıb. “OLAYLAR”-ın xəbərinə görə, seminarda 25 nəfərdən yuxarı sahibkar, bələdiyyə nümayəndələri və başqaları, dəvət olunmuş aidiyyatı qurumlardan nümayəndələr iştirak edib.

"Şəfəq" Ekoturizm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili" layihəsi çərçivəsində "Yerli istehsal ərzaq təhlükəsizliyinin təminatıdır" mövzusunda növbəti seminarını Yardımlı rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Yardımlı rayon Mərkəzi Kitabxanasında reallaşdırıb. "OLAYLAR"-ın xəbərinə görə, seminarda 25 nəfərdən yuxarı sahibkar, bələdiyyə nümayəndələri və başqaları, dəvət olunmuş aidiyyatı qurumlardan nümayəndələr iştirak edib. Layihə rəhbəri Vamiq Babayev layihə barədə məlumçat verib Bildirilib ki, layihənin həyata keçirilməsində məqsəd kənd təsərrüfatının müxtəlif sahələrində yerli istehsalın artırılmasına dəstək istiqamətində sahibkarların və kənd yerlərində yaşayan əhalinin rolunu artırmaqla yerli istehsal və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31