Yavər Camalov İsrail səfirini qəbul edib
Sentyabrın 2-də müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.
2 Sentyabr 2016 14:25 SosialSentyabrın 2-də müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, nazir Azərbaycan ilə İsrail arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb. Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Səfir Dan Stav səmimi qəbula görə minnətdarlığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31