“Avropa ölkələrinin Türkiyəyə qarşı qərəzli mövqeyi göz qabağındadır”
15 iyul tarixində Türkiyə xalqı sözün həqiqi mənasında fədakarlıq göstərərək dövləri qoruyub saxlamağa nail oldu. Ardınca Zəfər Bayramını qeyd edən Türkiyəyə dünyaya necə bir əzəmətli xalq və dövlət olduğunu nümayiş etdirdi. Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Türkiyənin Zəfər Bayramı tək Türkiyə xalqının deyil, bütün Türk dünyasının, eləcə də Azərbaycan xalqının da bayramıdır. Çünki, bu Zəfər – o dövrdə də bügünkü kimi, dünyanı idarəetmək və dünya xalqlarına ağalıq etmək iddiasında olanların Türk dünyası və hətta bütün İslam coğrafiyası üçün hazırladıqları qədəri pozmuş oldu: “ İnsanın taleyi və qisməti ilə bağlı belə bir deyim var: “Qədər üzərində bir Qədər”. Məhz bu Zəfər Bayramı haqqında da onu deyə bilərik. Təssəvvür edin o zaman böyük Atatürk, onun silahdaşları və qəhrəman türk xalqı bu zəfəri qazanmasaydı, bu gün tarix və dünya coğrafiyası necə olardı.
2 Sentyabr 2016 13:29 SosialMəqsəd Türkiyə Cümhuriyyətini sarsıtmaq və onun içində yeni bir iç savaşı yaratmaqdır
15 iyul tarixində Türkiyə xalqı sözün həqiqi mənasında fədakarlıq göstərərək dövləri qoruyub saxlamağa nail oldu. Ardınca Zəfər Bayramını qeyd edən Türkiyəyə dünyaya necə bir əzəmətli xalq və dövlət olduğunu nümayiş etdirdi. Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Türkiyənin Zəfər Bayramı tək Türkiyə xalqının deyil, bütün Türk dünyasının, eləcə də Azərbaycan xalqının da bayramıdır. Çünki, bu Zəfər - o dövrdə də bügünkü kimi, dünyanı idarəetmək və dünya xalqlarına ağalıq etmək iddiasında olanların Türk dünyası və hətta bütün İslam coğrafiyası üçün hazırladıqları qədəri pozmuş oldu: " İnsanın taleyi və qisməti ilə bağlı belə bir deyim var: "Qədər üzərində bir Qədər". Məhz bu Zəfər Bayramı haqqında da onu deyə bilərik. Təssəvvür edin o zaman böyük Atatürk, onun silahdaşları və qəhrəman türk xalqı bu zəfəri qazanmasaydı, bu gün tarix və dünya coğrafiyası necə olardı. Mən çox iftixar hissi ilə xatırlamaq istərdim ki, elmin, texnologiyanın, informasiya əldə etməyin çox geri olduğu zamanda bizim dədə-babalarımız, bir çox müsəlman xalqlarının nümayəndələri ilə Türk xalqı ilə zalımlara və işğalçılara qarşı birgə mübarizə ediblər, hətta şəhid olublar. Ümumiyyətlə, çox təəssüf ki, Türk xalqının bu zəfəri dünya tarixi üçün beynəlxalq səviyyədə yetərincə öyrənilməyib. Sözsüz ki, bu da ikili standartlardan doğan bir yanaşmadır. Türkiyədə avqust ayı zəfərlər ayı kimi qiymətləndirilir. Malazgirt döyüşlərindən bu yana təxminən min ilə yaxın bir dövrdə çox qələbələr və zəfərlərə imza atmışdır Türk xalqı. 1918-ci ildə Osmanlının çöküşü, hər bir tərəfdən işğalçılarla mübarizə aparıldığı bir zamanda, erməni daşnaklarının xarici havadarları ilə birgə Azərbaycan türklərinə qarşı aparılan Mart soyqırımlarında da xalqımızın harayına çatmağa imkan tapdılar və onları darmadağın etdilər. Lap bu yaxınlarda 15 iyul "dərbə" cəhdində Türk xalqı öz qüdrətini bir daha göstərdi. Biz elə həmin günlərdə FETÖ - terror quruluşunun pərdəsi altında Çağdaş Türkiyə Cümhuriyyətinin və onun xalqınının qazandığı böyük uğurlarını görmək istəməyən qüvvələrin nələr törətmək istədiyinin şahidi olduq. Bu qüvvələr yüz illərdir ki, mövcuddur, gələcəkdə də bu çirkin niyyətlərini həyata keçirmək niyyətində olacaqlar. Eyni zamanda biz türk millətinin qəhramanlığının da bir daha şahidi olduq. Türk xalqı dünyanın üçüncü minilliyinin demokratiya zəfərinin simfoniyasını yazdı. Bu simfoniya türk şəhidlərinin və qazilərinin qanı-canı ilə yazıldı. Necə ki, xalqımız 20 Yanvar 1990-cı ildə tanklar və hərbi təyyarələr qarşısına heç nədən qorxmayaraq, əliboş çıxaraq müstəqilliyə gedən yola işıq oldular, indi də türk qardaş və bacılarımız dünyaya hegemonluq etmək istəyən qüvvələrə layiqli dərs vermiş oldular. Bu mənada qürurla deyə bilərik ki, Türklər dünyanın nadir xalqlarındandır ki, bütün mübarizələrdən zəfərlə çıxmışdır". Millət vəkili əlavə edib ki, neçə illərdir ki, bu qüvvələr Türkiyənin inkişafının qarşısını almaq üçün hər cür problemlər, fitnə- fəsadlar çıxartmağa çalışırlar. Bu proseslər xüsusu ilə də Ərdoğanın rəhbərliyi ilə AKP hakimiyyətə gəldikdən sonra daha da sürətləndi. Çünki, məhz bu dövrdə Türkiyə həqiqətən lider - söz sahibi olan bir dövlətə çevrildi. Beynəlxalq Valyuta Fonduna borcu olmayan nadir ölkələrdəndir. Hətta bu gün Türkiyə özü bu fondlara borc pul verən ölkəyə çevrilib. G20-lərin üzvü oldu. Hədəf G8-lərin üzvü olmaqdır: "Təsəvvür edin, neçə illərdir ki, ölkə daxilində və sərhədlərində PKK terroruna qarşı mübarizədə milyardlarla pullar xərclənir, eyni zamanda əsrin ən böyük layihələrinə imza atılır. Ölkədə neçə illərdir ki, üç milyona yaxın Orta Doğudan gəlmiş qaçqınlara ev sahibi edilir və onlara Ermənistan kimi ölkənin dövlət büdcəsindən daha çox pul xərclənir. BMT bu il Türkiyəni dünyada ən çox humanitar yardım edən ölkə elan etdi. Bu nailiyyətlər yüz illərdir anti-türk və anti islam missiyasını daşıyan qüvvələri daha da çox narahat vəziyyətə salmışdır". Onun sözlərin görə, Türkiyə bu gün cənubda koalisiya qüvvələrinin "bacara bilmədiyi" müxtəlif terrorçu dəstələrə qarşı uğurla mübarizə edir və bu günədək çox böyük uğurlar əldə edilib. Onlarla kənd, qəsəbə və rayonlar terrorçulardan azad edildi: "Bildiyimiz kimi, uzun illərdir ki, Orta Doğuda torpaq günahsız insanların qanı ilə suvarılır. Sivilizasiyaların beşiyi olan Dəclə-Fərat, qədim Mesopotomiya terrorçu axtarışı adı ilə viran qoyulur. Min illər boyu o məkanlarda yaşayan xalqlar dərbədər olunur. Məsum körpələr və dinc insanlar Ağ dənizin suyunda qərq olurlar. Əslində sübut olundu ki, terrorçu axtarışında olan bu qüvvələr, elə terrorçunu yaradanlar və bəsləyənlərdir. Nəticədə məlum oldu ki, Orta Doğudakı bu terror ovunun da son nəticəsi Türkiyə Cumhuriyyətini sarsıtmaq və onun içində yeni bir iç savaşı yaratmaqdır. Ona görə də 15 iyul darbesindən sonra çox qaranlıq məsələlər aydınlığa çıxdı. Türkiyə hökuməti heç bir ölkənin ərazi bütövlüyünə göz tikmədiyini, əksinə onlara kömək niyyətini və məqsədini elan edərək, eyni zamanda öz ölkəsinə və xalqına qarşı təhlükəni önləmək məqsədilə sərhəd boyu yerləşmiş terrorçu dəstələrə qarşı hərbi əməliyyatlara başladı. Bu mənada həqiqətən Türkiyə daxilində və xaricində bir Çanaqqala savaşı gedir. Hər kəsə məlumdur ki, bu gün Orta Doğunun coğrafiyasını yenidən şəkilləndirmək istəyən qüvvələr utanmadan bunu səsləndirirlər. Dünya ölkələrinə insan haqları, demokratiya dərsi vermək istəyən bir sıra Avropa ölkələrinin Türkiyəyə qarşı qərəzli mövqeyi göz qabağındadır. Əgər dünyanın aparıcı media quruluşunun səlahiyyətlisi Ərdoğanın öldürülməməsini 15 iyul çevrilişinin uğursuzluğu adlandırırlarsa, bü gün Türkiyəyə qarşı geniş miqyaslı bu prosesləri də ikinci Çanaqqala savaşı adlandırmaq olar. Və bu zəfəri də XXI əsrin Çanaqqala zəfəri adlandırmaq olar. Bu zəfər bir daha Türk Xalqının, Böyük Atatürkün söyləmiş olduğu; "söhbət vətəndən və ya cumhuriyyətdə gedirsə qalan hər şey təfərrüatdır" kəlamını Birliyi, Sarsılmazlığı, Qəhramalığı, Fədakarlığı ilə bir daha sübut etdi. Vətən, Dövlət, Ölkə, Bayraq, Şərəfli Millət olmaq hər cürə maraqlardan uca və müqəddəs tutuldu. Hesab edirəm ki, bu gün 15 İyul hadisələrindən çıxarılası çox dərslər vardır".
Alim