«İşıqlı gələcək naminə erkən nigaha yox deyək» adlı seminar keçirilib
Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 saylı şəhər poliklinikasında «İşıqlı gələcək naminə erkən nigaha yox deyək» adlı seminar keçirilib.
1 Sentyabr 2016 16:46 SosialNərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 saylı şəhər poliklinikasında "İşıqlı gələcək naminə erkən nigaha yox deyək" adlı seminar keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, seminarda Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülşən Yaqubova,Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, 7 saylı Qadın Məsləhətxanasının həkimi İradə Hacıyeva, Tələbə-Gənclər Təşkilatlarının sədr və sədr müavinləri, səhiyyə işçiləri və fəal gənclər iştirak edib. Sonda tibb işçiləri tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb.