“Azərbaycan xalça sənəti” sərgi-aksiyası keçirilir

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi - Metodiki Mərkəzin cari ilin iş planına uyğun olaraq Bakı şəhərində təşkil olunacaq 42-ci Şahmat Olimpiadası çərçivəsində 1-14 sentyabr tarixlərində “Kristal Zal”da “Azərbaycan xalça sənəti” sərgi-aksiyası keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi - Metodiki Mərkəzin cari ilin iş planına uyğun olaraq Bakı şəhərində təşkil olunacaq 42-ci Şahmat Olimpiadası çərçivəsində 1-14 sentyabr tarixlərində "Kristal Zal"da "Azərbaycan xalça sənəti" sərgi-aksiyası keçirilir. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilmiş sərgidə Azərbaycan xalça (Qarabağ, Şirvan, Gəncə, Qazax, Quba, Bakı, Naxçıvan) məktəblərinə uyğun stendlər quraşdırılıb. Tədbir iştirakçılarına və şahmatçılara xalçaçılıq, tətbiqi və təsviri sənət nümunələrinin nümayişi ilə yanaşı xüsusi hazırlanmış stendlərin önündə milli geyimlərdə fotoşəkil çəkdirmək imkanı yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31