Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər”

2 sentyabr tarixdə Quba rayonu Heydər Əliyev Mərkəzinin akt zalında “Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər” mövzusunda toplantısı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a GİN-dən daxil olub.

2 sentyabr tarixdə Quba rayonu Heydər Əliyev Mərkəzinin akt zalında "Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər" mövzusunda toplantısı keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a GİN-dən daxil olub. Bildirilib ki, layihə Gənclər və İdman Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün birgə təsdiq edilmiş tədbirlər planının, həmçinin Nazirliyin 2016-cı ilin II yarımilliyi üçün iş planının müvafiq bəndinin icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir. Tədbirdə dövlət qurumları, millət vəkilləri, gənclər təşkilatları, tələbələr və fəal gənclərin iştirakı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31