Külli miqdarda xarici valyutanın Azərbaycandan çıxarılmasının qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda Azərbaycandan İrana yüksüz gedən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib.

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda Azərbaycandan İrana yüksüz gedən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin kabinindən, sürücü oturacağının üst istiqamətində kabinin tavanına bitişik olan, zavod konstruksiyasında əşyaların saxlancı üçün nəzərdə tutulmuş qutunun içərisindən gömrük nəzarətinə bəyan olunmayan  20 500 dollar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00