AzTU-da İctimai Şura yaradıldı

“Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il 1993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Texniki Universitetində (AzTU) tanınmış ictimai şəxslər və nüfuzlu KİV nümayəndələrindən təşkil olunan İctimai Şura yaradılıb.

"Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il 1993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Texniki Universitetində (AzTU) tanınmış ictimai şəxslər və nüfuzlu KİV nümayəndələrindən təşkil olunan İctimai Şura yaradılıb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Şura AzTU-da ictimai iştirakçılığın gücləndirilməsi, şəffaflığın artırılması, proseslərin daha düzgün, obyektiv qiymətləndirilməsi, gələcəkdə ümumi işin keyfiyyətini artırmaq, təkmilləşdirmək, təhsil sistemində daha uğurlu islahatlara nail olmaq, Universitet ilə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin təşkili, hüquqların müdafiə olunması, idarəetmə formalarının inkişafına şərait yaradılması və təkliflərin verilməsi məqsədi ilə yaradılıb.  İctimai Şuranı formalaşdırmaq üçün təklif edilən şəxslərin adlarını rektor, professor Havar Məmmədov Universitetin Elmi Şurasının üzvlərinə təqdim edib. Şura üzvlərinin təklifləri də nəzərə alınmaqla səsvermə nəticəsində ölkənin tanınmış ictimai şəxslərdən formalaşan Azərbaycan Texniki Universitetinin İctimai Şurası yaradılıb. Şura üzvləri 11 nəfərdən ibarətdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00