Gənclər təşkilatları YARAT İncəsənət Mərkəzi ilə tanış olublar
Gənclər Təşkilatları Milli Şurası növbəti məlumat turunu YARAT Müasir İncəsənət Mərkəzinə təşkil edib.
8 İyul 2016 16:57 SosialGənclər Təşkilatları Milli Şurası növbəti məlumat turunu YARAT Müasir İncəsənət Mərkəzinə təşkil edib. "OLAYLAR"-ın xəbərinə görə, məlumat turunda ARGTMŞ-ın 20 üzv təşkilatından 25 nümayəndə iştirak edib. Məlumat turu zamanı iştirakçılara YARAT Müasir İncəsənət Mərkəzinin yaranma tarixi, görülmüş işlər və perspektiv planlar, gənclər təşkilatları ilə əməkdaşlıq barədə ətraflı məlumat verilib.. Tur çərçivəsində iştirakçılara YARAT-ın keçirdiyi tədbirləri, imkanları, mərkəzi kitabxanası, incəsənət nəşrlərindən tərtib olunmuş və kolleksiyası ilə tanışlıq imkanları yaradılıb. İştirakçılar həmçinin YARAT-ın sərgi proqramların birində ziyarət etmək imkanı əldə ediblər.