Hesablama Palatasının sədri polşalı həmkarı ilə görüşüb
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Polşa Respublikasında səfərdə olub.
8 İyul 2016 16:53 SosialHesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Polşa Respublikasında səfərdə olub. Palatadan "Olaylar"a verilən məlumata görə, HP sədri Polşa Respublikasının Ali Audit Qurumu olan Milli Nəzarət Palatasının Prezidenti cənab Kristof Kviatkovski ilə görüşüb. Hesablama Palatasının sədri V. Gülməmmədov görüş üçün təşəkkür edərək Azərbaycan Respublikasının Ali Audit Qurumu olaraq Hesablama Palatasının fəaliyyəti, həmçinin fəaliyyətin nəticə göstəriciləri ilə bağlı məlumat verib. Görüşdə hər iki qurumun gələcək fəaliyyəti perspektivləri, qarşılıqlı əməkdaşlıq istiqamətləri, eyni zamanda təcrübənin mübadiləsinin təşkili ilə bağlı məsələlər müzakirə edilibr. Səfər çərçivəsində V. Gülməmmədov həmçinin MNP-in Krakov regional bölməsinin rəhbəri ilə də görüşüb, bölmənin fəaliyyəti ilə tanış olub, nəzarət fəaliyyətinin yerlərdə təşkili ilə bağlı müzakirələr aparılıb. V. Gülməmmədov MNP-in internet portalına müsahibə verərək görüşün məqsədi və müzakirə edilmiş məsələlərlə bağlı sualları cavablandırıb.