Son 25 ildə 241 milyon nəfər vərəmə yoluxub

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə son 25 il ərzində dünyada vərəmə yoluxmuş 241 milyon insandan təxminən 37 milyon nəfəri ölüb. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sədaqət Vəliyeva səsləndirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə son 25 il ərzində dünyada vərəmə yoluxmuş 241 milyon insandan təxminən 37 milyon nəfəri ölüb. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sədaqət Vəliyeva səsləndirib. O, bildirib ki, 2014-cü ildə dünyada vərəmdən ölənlərin sayı 1.5 milyon nəfər olub: "Belə bir göstəricinin qarşısında Azərbaycanda həmin ildə 69 nəfərin dünyasını dəyişməsi onu göstərir ki, ölkəmizdə vərəmlə mübarizə dövlət səviyyəsində diqqət mərkəzindədir.

Azərbaycanda fəaliyyət göstərən vərəm dispanserlərində və ərazi poliklinikalarında yaradılmış xüsusi otaqlarda (DOT kabinetlərdə) vərəm xəstələrinin müalicəsi tamamilə dövlətin hesabına həyata keçirilir. Onlara pulsuz dərmanlar verilir, uzaqdan gələn xəstələrə hətta yol xərci də ödənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00